Tel./Fax:
(+994 12) 448-17-71 (+994 18) 654-06-37

Mob.: (+994 50/55) 221-22-26

Email:

Hörmətli Dostlar və Əziz partnyorlar!

 15.02.2017 - 20:44    1931
  • 15 Fev 2017
  • 20:44
  •  1931

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər departamenti El-Plastik Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində Vergi orqanları ilə qarşılıqlı fəaliyyəti zamanı vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən; vergiləri tam həcmdə və vaxtında ödəyən; muzdlu işçilərininin sayını və əmək haqlarını düzgün bəyan edən; mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan; gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən; saxta sənədlər (o cümlədən ciddi hesabat sənədləri) qəbul və təqdim etməyən (əmtəəsiz əməliyyatlar aparmayan); son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan bir müəssisə kimi dəyərləndirilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər departamenti tərəfindən "El-Plastik" Məhdud Məsuliyyətli Cəmiyyətinə 9 fevral 2017-ci il tarixindən etibarən "ŞƏFFAF VERGİ PARTNYORLUĞU STATUSU" təqdim edilmişdir. Bu status "El-Plastik" MMC-yə Vergi orqanları ilə fərdi və sürətli xidmət - Yaşıl Dəhliz prinsipindən yararlanmağa köməklik göstərəcəkdir.