Tel./Fax:
(+994 12) 448-17-71 (+994 18) 654-06-37

Mob.: (+994 50/55) 221-22-26

Email:

Şirkət Haqqında

Haci"El PLASTİK" Məhdud Məsuliyyətli Cəmiyyəti 20 ildən artıqdır ki, plastik məhsulların istehsalçıları arasında lider olmaqdadır. Məhsulların yüksək keyfiyyətlə istehsal edilməsi, sifarişlərin vaxtında icrası, sərfəli qiymətlər, yüksək keyfiyyətli servisin göstərilməsi, istehlakçılara diqqətli və etibarlı yanaşma müəssisənin şüarı və müvəffəqiyyətinin rəhnidir. Müasir Dünya və Avropa avadanlıqlarından istifadə edilməsi, mütərəqqi texnologiya və üsulların tətbiqi istehsalı çevik və sürətli etməklə yüksək keyfiyyətli, az məsrəfli və rəqabət qabiliyyətli məhsul istehsal etməyə imkan verir.

Kənd təsərrüfatı və tikintidə istifadə edilən polietilen örtüklərin, kənd təsərrüfatı məhsulları üçün kisələrin, istidaraldıcı örtüklərin, sadə və flesko çap üsuli ilə paket və torbaların, plastik qabların, manikenlərin, ərzaq və qeyri ərzaq, maye, dənəvər məhsullar üçün tutumların və müxtəlif diametrli və təyinatlı plastik boruların istehsalı müəssisənin əsas fəaliyyət istiqamətləridir.

"El PLASTİK" MMC MDB, Almaniya, Türkiyə, İran, Macarıstan, Çin, Koreya və BƏƏ kimi ölkələrin firmaları ilə sıx əlaqələri daima genişləndirilməkdədir. 2000 –dən artıq ,o cümlədən, "Azərsun Holdinq", "Paşa Holdinq", "Nurgün Holdinq", "Norm" MMC, "Basf", "Palsüd"MMC, "Atena"MMC, "İnter Textil", "Baltika Baku" MMC, "Coca-Cola Bottlers", "Aqua-Vita", "Embawood mebel", "Mətanət A", "Oriflame", "FAB boya"MMC, Sobsan boyaları, "Sevimli dad", "Göyçay süd" SC, " Bərdə süd zavodu", "Aznar" MMC, və digər tanınmış istehsalçı və ticarət subyektləri ilə səmərəli əməkdaşlıq edilir. Sifarişçilərlə səmimi əməkdaşlıq münasibətlərinin yaradılması, daimi yüksək keyfiyyətli məhsul istehsalı, çevik ödəmə şərtləri, birbaşa əlaqənin olması, məhsulun ünvana çatdırılması müştərilərimizə ən sərfəli şərtlərlə xidmət göstərməyə imkan yaradır.