Tel./Fax:
(+994 12) 448-17-71 (+994 18) 654-06-37

Mob.: (+994 50/55) 221-22-26

Email:

Yeni saytımız fəaliyyətə başladı

 26.05.2016 - 19:13    1158
  • 26 May 2016
  • 19:13
  •  1158

Hörmətli Dostlar!

Bildiyiniz kimi, müasir dövrdə texnologiyaların rolu əvəzolunmazdır. Hal-hazırda elə bir sahə yoxdur ki, onsuz keçinə bilsin. Texnologiya hər yerdədir, istər evdə, istər işdə, insan fəaliyyətinin olduğu hər bir yerdə mövcuddur.

Müəssisəmiz müasir texnoloji avadanlıqlarla polimerlərdən məmulatlar istehsal edir. 20 ildən artıq bir müddətdə "El-Plastik" MMC bu sahədə respublikamızda və beynəlxalq bazarda öz sözünü demişdir.

İnternet öz inkişafı ilə həyatımızı o dərəcədə asanlaşdırıb ki, hətta evdən kənara çıxmadan bütün məlumatlara yiyələnirik və həmçinin kommunal xərclərimizə qədər bütün ödəmələrimizi internet vasitəsilə həyata keçiririk. Bütün bunları nəzərə alaraq, müasir veb texnologiyaları standartlarına cavab verən yeni veb-saytımız istifadəyə verilmişdir.

Saytda, müəssisəmizdə tətbiq olunan yeniliklərlə müştərilərimiz və sifarişçilərimizin asan şəkildə ətraflı məlumat əldə etməsinə şərait yaradılmışdır.
Yeni yaradılan saytın sosial şəbəkələrdə fəal iştirak etməsi qarşıya məqsəd qoyulmuşdur. "ƏLAQƏ" hissəsində müəssisəmizin harada yerləşdiyini onlayn şəkildə Google Maps vasitəsi ilə öyrənə biləcəksiniz.

Hamınıza biznes uğurları arzusu ilə: Hacı Gülağa Abışov