Tel./Fax:
(+994 12) 448-17-71 (+994 18) 654-06-37

Mob.: (+994 50/55) 221-22-26

Email:

Plastik Qablar

El-Plastik MMC-də qida və sənaye - texniki məhsulların qablaşdırılması üçün müxtəlif konfiqurasiyalı plastik qablar istehsal olunur. Müəssisəmizdə müasir texnoloji tələblərə cavab verən injeksion və üfürmə-şişirmə metodları ilə çalışan dəzgahlar fəaliyyət göstərir. Respublikamızda "İML" (İn Mold Label) tipli suya, istiyə, qopmaya, cizilmaya və cırılmaya dözümlü etiketlə qida üçün plastik (polipropilen) qablar istehsalı üzrə təkmilləşmiş müəssisəmiz Dondurma, ayran, qatıq, kəsmik, pendir, qaymaq, kərə yağı və digər qida məhsulları üçün qablar istehsal edir. İnjeksion metodla 250 qramdan 25 kq-a qədər həcmdə qablar istehsal edilir.

Üfürmə-şişirmə metodu ilə müəssisəmizdə 30 ml-dən 125 litrədək həcmində bidon, çəllər, manikenlər (kişi və qadın bədənləri, ayaqlar), flakon, kanistr, antifriz qabları, vedrələr, ləyənlər və dıgər məişət əşyaları (milçəkqıran, xalçaçırpan), mebel furnituraları və s. istehsal edilir. Layihə və sifarişlərdən asılı olaraq istehsal zamanı həm sifarişçinin, həm də istehsalçının qəlıblərindən və ya presformalarından istifadə edilir.

El-Plastik MMC-də istehsal olunan bütün növ qablar üçün müfafiq qapaqlar da istehsal edilir.

Qida məhsulları üçün qabların istehsalı müvafiq AZSBeynəlxalq standartlara üyğun yerinə yetirilir.

İstehsal etdiyimiz Plastik Qablardan bəziləri aşağıdakı fotoqalereyada sərgilənmişdir.

Bu qalereyadakı cəmi şəkil sayı - 14